Cənubi Sudan keçən ay keçirilən referendumun nəticəsi olaraq müstəqilliyinə qovuşsa da, sabitlik yaratmaq mümkün olmur. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, dünyanın ən gənc ölkəsində ordu ilə xalq arasında yaranan qarşıdurmalarda 140 adam ölüb.
Sudanda nüfuzlu bir qəbilə rəisi olan keçmiş general Corc Ator referendumda öz bölgəsində haqsızlıq edildiyini iddia edərək Cənub Sudan hökumətinə qarşı çıxıb. Qəbilə rəisi keçən il keçirilən əyalət seçkilərində saxtakarlıq edildiyini iddia edərək silahlı mübarizə qalxsa da referendum öncəsi atəşkəs razılaşması imzalamışdı.
Cənub Sudan ordusunun sözçüsü ölənlərdən 20-sinin də hərbçi olduğunu açıqlayıb. Sudanda bir il baş verən qarşıdurmalar nəticəsində 2 mindən çox adam həyatını itirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB