İcmalçı Putini şeytanla müqayisə edib: “Həyatda ondan pisi yoxdur”

İcmalçı Putini şeytanla müqayisə edib: “Həyatda ondan  pisi yoxdur”
ABŞ üçün Rusiyanın baş naziri Vladimir Putindən daha pisi yoxdur. SİA-nın məlumatına görə, bu barədə ABŞ-ın məşhur "Fox News" xəbər kanalının icmalçısı Bill Orayli bəyan edib. ABŞ-ın vəziyyətdən asılı olaraq Misir prezidenti ilə iş birliyinin məcburluğundan danışan icmalçı: "Bəzən biz bu həyatda Şeytanla da iş birliyi qurmalıyıq". "Biz Putinlə iş birliyi qururuq. Düşünmürəm ki, həyatda Putindən daha pisi yoxdur",- icmalçı Pentaqonun keşmiş rəhbəri ilə söhbət zamanı deyib.

Qeyd edək ki, Billin verilişi Fox News xəbər kanalında ən reytinqli verlişdir. Onun tamaşaçıları ABŞ-ın CNN kanalının tamaşaçılarından 5-7 dəfə çoxdur. Bir neçə gün bundan qabaq ABŞ-ın prezidenti Barak Obama da ona müsahibə verib.

Bütün xəbərlər Facebook səhifəmizdə