Çilidə zəlzələ baş verib
Çili sahilində zəlzələ olub. SİA-nın məlumatına görə, zəlzələ 6.8 bal gücündə baş verib. Hadisə Sakit Okaenda Konsepsion şəhərinin 70 km-də ölkənin mərkəzi sayılan yerdə qeydə alınıb. Həlak olan və zərəçəkənlər haqqında məlumat yoxdur. Həmin əraziyə yaxın olanların təhlükəsiz yerlərə köçürüldüyü barədə bildirilir.

Qeyd edək ki, ötən ilin fevral ayında da bu regionda zəlzələ baş vermişdir. Ötən dəfəki hadisə Konsepsion şəhərinin 90 km-liyində 8.8 bal gücündə qeydə alınmışdır. Hadisə nəticəsində 500- dən çox insan həlak olmuşdu.

Bütün xəbərlər Facebook səhifəmizdə