Türkiyə antiterror əməliyyatında üç şəhid verib

Türkiyə antiterror əməliyyatında üç şəhid verib

Türkiyənin təhlükəsizlik qüvvələri tərəfindən Hakkari bölgəsində davam edən antiterror əməliyyatında üç hərbçi şəhid olub, biri yaralanıb.

SİA “sozcu.com.tr” saytına istinadən xəbər verir ki, bu əməliyyatda 3 terrorçu məhv edilib, bölgədə keçirilən antiterror əməliyyatı gücləndirilib.

Siirt bölgəsində isə PKK terror təşkilatına məxsus çoxlu silah-sursat aşkarlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə