Banqladeşin sabiq prezidenti (1982-1990) Hüseyn Məhəmməd Ərşad 90 yaşında vəfat edib.
SİA "vz.ru" saytına istinadən verdiyi məlumata görə, bu barədə sabiq prezidentin nümayəndəsi bildirib.
Onun sözlərinə görə, M.Ərşadın ölümünə səbəb səhhətindəki problemlər olub:
"O, bu gün səhər saatlarında dünyasını dəyişib".
Agentliyin məlumatına əsasən, son 10 gün ərzində siyasətçi xüsusi aparat sayəsində yaşayırmış.
Qeyd edək ki, M.Ərşad 1993-cü ildə Banqladeş prezidenti olub, 1990-cı ilin dekabr ayında isə istefaya gedib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB