İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif ABŞ-a səfər edib.
SİA xarici xəbər agentliklərinə istinadən xəbərə verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Musəvi bildirib.
Onun sözlərinə görə, Məhəmməd Cavad Zərif BMT-nin İqtisadi və Sosial Şurasının Nyu-Yorkda keçiriləcək illik iclasında iştirak edəcək.
İranlı nazir daha sonra Qoşulmama Hərəkatına üzv dövlətlərin xarici işlər nazirlərinin görüşündə iştirak üçün Venesuelaya səfər edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB