ABŞ-ın Türkiyəyə təyin etdiyi yeni səfir artıq Ankaradadır

ABŞ-ın Türkiyəyə təyin etdiyi yeni səfir artıq Ankaradadır

ABŞ-ın Türkiyəyə təyin etdiyi yeni səfir Ankaraya gəlib

ABŞ-ın Türkiyəyə təyin etdiyi yeni səfir bu gün Ankaraya gəlib.

SİA xəbər verir ki, yeni səfir Devid Saterfild etimadnaməsini təqdim etdikdən sonra vəzifəsinin icrasına başlayacaq.

ABŞ-ın Türkiyədəki səfirliyinin rəsmi “Twitter” səhifəsində belə fikirlər paylaşılıb: “ABŞ-ın Ankara səfiri olaraq təyin olunmuş David M.Satterfieldin Ankaraya gəlməsindən məmnunlıq duyuruq”.

Qeyd edək ki, 4 dil bilən, 64 yaşlı səfir Devid Satterfield ABŞ Xarici İşlər Nazirinin Yaxın Şərq işləri üzrə müavini vəzifəsində çalışıb. 2009-cu ilin iyul ayından 2017-ci ilin avqust ayınadək Sina yarımadasında çoxmillətli dövlətlərin direktoru vəzifəsində işləyib.
O, Xarici İşlər Nazirliyi çərçivəsində İraq koordinatoru, məsləhətçi, Misir və Livanda səfir vəzifələrini icra edib.

Bütün xəbərlər Facebook səhifəmizdə