Roma Papası: "Miqrantlar da insandır"

Roma Papası: "Miqrantlar da insandır"

Miqrantlar insandır, sosial problemlər onlara olan münasibətə təsir göstərməməlidir. ANSA agentliyi xəbər verir ki, bu sözləri Roma Papası Frensisk Vatikanda Müqəddəs Pyotr Kilsəsində özünün Lampeduza adasına tarixi səfərinin altıncı ildönümü münasibətilə qeyri-leqal miqrantlar və xilasedicilər üçün keçirdiyi messada söyləyib.

Papa miqrantlara yardım etməyin vacib olduğunu deyib: “Məsələ təkcə miqrantlarda deyil. Miqrantlar insandır və bu gün onlar qloballaşan cəmiyyət tərəfindən qəbul edilməyənlərin rəmzinə çevriliblər”.

Bütün xəbərlər Facebook səhifəmizdə