Mina partlayışı nəticəsində 7 nəfər ölüb

Mina partlayışı nəticəsində 7 nəfər ölüb

Suriyanın Deyr-əz-Zor vilayətinin Deblan qəsəbəsində terrorçuların quraşdırdığı minanın partlaması nəticəsində azı 7 yeniyetmə ölüb.

SİA xəbər verir ki, bu barədə “SANA” agentliyi məlumat yayıb.

Məlumata görə, insident kənd təsərrüfatı işləri zamanı baş verib. Partlayış zamanı yaralıların olduğu deyilsə də, onların sayı məlum deyil.

Bütün xəbərlər Facebook səhifəmizdə