Türkiyədə iki çoban PKK terrorçuları tərəfindən öldürülüb.
SİA “sozcu.com.tr” saytına istinadən xəbər verir ki, insident Şırnak əyalətində baş verib.
Axşam saatlarında Şırnakın Keçidboyu kəndinin Herbuş yaylağında heyvanlarını otaran Abdulhakim Demir və Vali Çevik adlı çobanlar terrorçular tərəfindən qaçırılıb. Daha sonra hər iki çobanın başlarına odlu silahla açılmış atəşlə qətlə yetirilmiş meyitləri aşkar olunub.
Terrorçuların ələ keçirilməsi istiqamətində bölgədə əməliyyata başlanılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB