İran ordusunun üç hərbçisi öldürülüb

İran ordusunun üç hərbçisi öldürülüb

İranın qərbində silahlıların hücumu zamanı İslam İnqilabı Keşikçiləri Korpusunun üç hərbi qulluqçusu həlak olub.

SİA xəbər verir ki, insident İranın Qərbi Azərbaycan vilayətində, Piranşahr şəhərində baş verib.

Qeyd olunur ki, silahlılar hərbi qulluqçuların olduğu nəqliyyat vasitəsini atəşə tutub. Bunun nəticəsində üç hərbi qulluqçusu öldürülüb, daha bir nəfər yaralanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə