Dubayda taksi sürücülərinin nümunəvi davranışı 175 min dolları sahiblərinə qaytarıb

Dubayda taksi sürücülərinin nümunəvi davranışı 175 min dolları sahiblərinə qaytarıb

Cari ilin 6 ayı ərzində Dubayda taksi sürücüləri sərnişinlərin avtomobildə unutduqları ümumilikdə 640 min dirhəm (təxminən 175 min dollar) nağd vəsaiti tapıntılar bürosuna təhvil veriblər. Həmçinin sürücülərdən biri sərnişinə yaddan çıxardığı 45 min dolları qaytarıb.

SİA xarici kütləvi informasiya vasitələrinə istinadən bildirir ki, Dubayın taksi korporasiyasının məlumatına görə, göstərilən dövr ərzində sərnişinlər Dubay taksilərində 7408 şəxsi əşya yaddan çıxarıblar. Əşyaların arasında nağd pul, mobil telefon, pasport, zinət əşyaları və hətta qızıl külçələri yer alıb. Bununla yanaşı, qiymətli əşyaların üçdə ikisi sərnişinlərə qaytarılıb. Hazırda Dubayın taksi korporasiyasında 12 minə yaxın sürücü çalışır və avtomobillərin əksəriyyəti videomüşahidə kameraları ilə təchiz edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə