Nigeriyanın iqtisadi Laqos şəhəri ərazisində bir neft borusu partladılıb. Ölən və yaralananlar var. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, yerli təhlükəsizlik mənbələri neft borusunun yanacaq oğruları tərəfindən partladıldığıni bildirirlər.
Məlumata görə hadisə nəticəsində 12 nəfər həyatını itirib. Bu hadisədə daha 20 nəfərin yaralandığı deyilir.
Hadisədə ətrafda yerləşən obyektlərə, eləcə də nəqliyyat vasitələrinə ciddi ziyan dəyib. Otuzdan çox maşının yandığı bildirilib.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB