"Türkiyə dörd milyondan artıq qaçqına sığınacaq verib" - Ərdoğan

"Türkiyə dörd milyondan artıq qaçqına sığınacaq verib" - Ərdoğan

Avropa İttifaqı ölkələri immiqrasiya kvotalarını hələ də razılaşdıra bilməyib, ancaq Türkiyə dörd milyondan artıq qaçqına sığınacaq verib. SİA "Anadolu"ya istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.

"Türkiyə bütün Avropa qitəsinin, xüsusilə Balkan ölkələrinin təhlükəsizliyinə qiymətli bir töhfə verib", Ərdoğan deyib.

Onun sözlərinə görə, bu mürəkkəb prosesdə Ankara öz Avropalı dostlarından gözlənilən dəstəyi görmədi.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə