İranda güclü zəlzələ SON DƏQİQƏ

İranda güclü zəlzələ SON DƏQİQƏ

İranın qərbində Rixter cədvəli ilə 5,7 bal gücündə zəlzələ baş verib. SİA-nın məlumatına görə, yerli vaxtla səhər saat 07:00-da baş vermiş zəlzələnin episentri Əhvaz şəhərindən 87 kilometr cənub-şərqdə olub.

Yeraltı təkanlar yerin 10 kilometr dərinliyində qeydə alınıb.

Hadisə nəticəsində hər hansı itki və ya fəsadların olması barədə hələlik məlumat verilməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə