Maşının su kanalına düşməsi 5 nəfərin həyatına son qoyub

Maşının su kanalına düşməsi 5 nəfərin həyatına son qoyub

Belarusun Beloozyorska şəhəri yaxınlığında salonunda 10 nəfərin olduğu “Mercedes GL” markalı avtomobil idarəetmənin itirilməsi nəticəsində meliorasiya su kanalına düşüb.

SİA “gazeta.ru”ya istinadən xəbər verir ki, hadisə zamanı, üçü uşaq olmaqla, 5 nəfər ölüb. Digər sərnişinlər vaxtında xilas ola bilib.

Bildirilir ki, qəzaya görə sürücü saxlanılıb. İlkin müayinə zamanı onun sərxoş olduğu üzə çıxıb.

Bütün xəbərlər Facebook səhifəmizdə