Gürcüstanın mərkəzi avtomobil magistralında ağır yol-nəqliyyat hadisəsi baş verib.
SİA xəbər verir ki, qəza nəticəsində 3 nəfər ölüb, 5 nəfər ağır yaralanıb.
Avtomobil qəzası Şidi Kartli regionunda, Tbilisi-Senaki-Leselidze magistralında baş verib.
İçərisində 8 nəfərin olduğu “Mercedes” markalı avtomobil yoldan çıxaraq dərəyə aşıb və dərhal alovlanıb.
Avtomobildə olan orta yaşlı qadın və iki yeniyetmə hadisə yerindəcə həlak olublar. Ağır xəsarət alan beş nəfər Qori şəhər xəstəxanasına yerləşdirilib.
Gürcüstan Daxili İşlər Nazirliyində faktla bağlı cinayət işi açılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB