Türkiyənin qərbində onlarla qanunsuz miqrant saxlanılıb. Bu barədə SİA "Anadolu" agentliyinə istinadən xəbər verir. Məlumata görə, jandarm əməkdaşları Çanaqqala vilayətində, Ayvacıq ərazisində 43 əfqan miqrantı saxlayıblar. Onlar Yunanıstana keçməyə cəhd göstəriblər.
Saxlanılanlar arasında qadınlar və uşaqlar da var. Miqrantlar Ayvacıqın Miqrasiya Mərkəzinə aparılıblar.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB