Rusiya və Türkiyə prezidentləri arasında telefon danışığı olub

Rusiya və Türkiyə prezidentləri arasında telefon danışığı olub

Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.

SİA “gazeta.ru”-ya istinadən bildirir ki, telefon danışığı zamanı tərəflər Liviyadakı vəziyyəti müzakirə ediblər.

Türkiyə prezidenti, həmçinin, Barents dənizində sualtı qayıqda dünyasını dəyişən dənizçilərin ailələrinə, eləcə də bütün rus xalqına başsağlığını çatdırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə