Gürcüstanda etirazçılar Daxili İşlər nazirinin istefasını tələb edib
Gürcüstanda 17-ci gündür etiraz aksiyaları davam edir.
SİA xəbər verir ki, Parlament binası qarşısına toplaşan etirazçılar Daxili İşlər naziri Giorgi Qaxarianın istefasını və 20-21 iyun tarixlərində baş verən hadisələrə görə məsuliyyəti onun öz üzərinə götürməsini tələb ediblər. Mitinqə "Vahid Milli Hərəkat" partiyasının üzvləri də qoşulub.
Hazırda Tbilisinin Rustaveli prospektinin bir hissəsində avtomobillərin hərəkəti tam məhdudlaşdırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB