Misir ilə Afrika ölkələri arasında ticarət dövriyyəsinin həcmi artır

Misir ilə Afrika ölkələri arasında ticarət dövriyyəsinin həcmi artır

Misir ilə Afrika ölkələri arasında ticarət dövriyyəsinin həcmi 2018-ci ildə 23 faiz artaraq, 2017-ci ildəki 5,6 milyard dollarla müqayisədə 6,9 milyard dollara çatıb.

SİA xəbər verir ki, Misirin İctimai Səfərbərlik və Statistika üzrə Mərkəzi Agentliyinin göstəricilərinə görə, Afrika ölkələrinə Misir ixracatının həcmi 2018-ci ildə 26,9 faiz artaraq, 2017-ci ildəki 3,7 milyard dollarla müqayisədə 4,7 milyard dollar təşkil edib. Bununla bərabər, Afrika ölkələrindən Misirə idxalın həcmi də 15,2 faiz artaraq, 2017-ci ildəki 1,9 milyard dollara qarşı 2,1 milyard dollar təşkil edib.

Bütün xəbərlər Facebook səhifəmizdə