Suriyada hərbi aviasiyanın bombardmanı nəticəsində ən azı 19 dinc sakin ölüb
Suriyada hərbi aviasiyanın ölkənin şimalındakı İdlib vilayətinin 11 qəsəbəsini bombardman etməsi nəticəsində ən azı 19 dinc sakinin öldüyü, çoxlu sayda yaralıların olduğu bildirilir.
SİA xəbər verir ki, bu barədə Suriyada fəaliyyət göstərən humanitar “Ağ dəbilqəlilər” mülki müdafiə agentliyi məlumat yayıb. Məlumatda bildirilir ki, İdlibin Kəfr Nəbl, Xan Şayxun, Muhambal, Bidama, Həss, Bsida, Sarmin, Qafar Siynah, Həş, Arihah və Alamereya qəsəbələrində bombardman nəticəsində evlər dağılıb, elektrik və su xətləri yenidən sıradan çıxıb. Ölənlərin ən çoxu – 15 nəfər Muhambal qəsəbəsi sakinləridir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB