Türkiyənin təhlükəsizlik qüvvələri Diyarbəkirdə xüsusi antiterror əməliyyatı keçirib. SİA xəbər verir ki, daxil olmuş məxfi məlumat əsasında keçirilən əməliyyat nəticəsində PKK/KCK terror təşkilatlarının adından fəaliyyət göstərən “Şahin” ləqəbli terrorçu həbs olunub.
Beş ayrı cinayətin törədilməsində ittiham olunan həmin şəxs, həmçinin terror təşkilatına üzvlər cəlb etməkdə və narkotik vasitələrin ticarətində təqsirləndirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB