Türkiyədə avtomobil partlayıb 3 nəfər ölüb

Türkiyədə avtomobil partlayıb 3 nəfər ölüb

Türkiyənin Hatay vilayətinin Reyhanlı şəhərində avtomobildə baş verən partlayışda üç nəfər ölüb. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb. SİA-nın verdiyi məlumata görə, ölən şəxslərin hər üçü nəqliyyat vasitəsində olub. Ölən şəxslər Suriya vətəndaşları olub.

Hadisə yerinə polis və təcili tibbi yardım maşınları cəlb edilib. Partlayışın səbəbləri araşdırılır.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə