PKK terror təşkilatının üzvlərindən biri təşkilata məxsus 150 min dolları götürərək aradan çıxıb. SİA-nın Anadolu Xəbər Agentliyinə istinadən verdiyi məlumata görə, terror təşkilatının Ukraynada fəaliyyət göstərən dərnəyin başçısı "Mirzayan" kod adlı şəxs təşkilata aid pulu mənimsəyərək Dəməşqə xəbər vermədən Ukrayna və Rusiyada biznes işinə girib və öz adına müxtəlif şəhərlərdə ev alıb.
Terror təşkilatının Ukrayna üzrə məsul "Həmzə" kod adlı şəxs dərnəyin büdcəsində araşdırma apararkən 150 min dollar kəsir olduğunu müəyyən edib. "Həmzə" dərnək başçısının vəzifədən uzaqlaşdırılması üçün təşkilatın Moskva və Dəməşqdəki rəhbərliyinə xəbər verib. Bildirilir ki, "Mirzoyan" haqqında açılan istintaqdan və "edam" edilmə qorxusundan qaçıb. Məlumata görə, qaçırılan pul PKK-nın həbsdə olan lideri Abdullah Öcalanın ələ keçirilməsi ildönümü ilə bağlı Odessada keçirilməsi planlaşdırılan tədbirlər üçün toplanmışdı. Terror təşkilatının rəhbərliyi son dövrdə təşkilat daxilində artan sui-istifadə hallarının qarşısını almaq üçün "Mirzayan" barədə edam cəzası kəsib.
Keçən həftə Ukraynada fəaliyyət göstərən "Türkiyə" və "Suriya" mənşəli terrorçular arasında baş verən qarşıdurmada "Suriya" mənşəli "Agit" kod adlı təşkilat mənsubu "Türkiyə" mənşəli "İnqilab" kod adlı təşkilat mənsubunu tapanca ilə öldürmüşdü.
Qeyd edək ki, təşkilata məxsus pulun qaçırılması faktı ilk dəfə deyil ki, qeydə alınır. Keçən ilin əvvəlindən bu günə qədər terror təşkilatının Avropa ölkələrində fəaliyyət göstərən "Botan" kod adlı E.B, "Bayram" kod adlı M.P, "Saleh" kod adlı B.Ü, "Əli" kod adlı Ş.M, "Doğan" kod adlı N.Ç, "Şahin" kod adlı M.P, "Ergün" kod adlı F.K, "Soreş" kod adlı H.Y, "Kəklik" kod adlı E.K, "Yılmaz" kod adlı Y.A, "Şərəf" kod adlı Ş.A, "Kamal" kod adlı K.Ç, "Dəniz" kod adlı S.T, "Hərəkət" kod adlı A.A. üzvləri müxtəlif miqdarda pullarla təşkilatdan qaçıb. Onların bəziləri təşkilat tərəfindən öldürülsə də, bəziləri hələ də itkin hesab olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB