Baham adalarında helikopter qəzası: 7 ölüdən biri milyarderə məxsusdur
Baham adalarından ABŞ-a uçan helikopterin qəzaya uğraması nəticəsində 7 nəfər həlak olub. Bu barədə “Associated Press” agentliyi məlumat yayıb. SİA xarici agentliklərə istinadla xəbər verir ki, məlumatı Baham adalarında polisin nümayəndələri təsdiqləyib.
Helikopter ABŞ-ın Florida ştatının Fort-Loderdeyl şəhərinə uçurmuş. Həlak olanların hamısı ABŞ vətəndaşlarıdır. Xarici KİV-lərin yaydığı məlumata görə, həlak olanlardan biri milyarder Kris Klayndır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB