Rusiyada sel qurbanlarının sayı artır

Rusiyada sel qurbanlarının sayı artır

Rusiyanın İrkutsk bölgəsində ötən həftə sonundan başlayan şiddətli yağışların ardından meydana gəlmiş sel fəlakəti 21 nəfərin həyatına son qoyub.

SİA “sozcu.com.tr” saytına istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin məlumatında bildirilib.

Bundan əlavə, 14 nəfərin taleyi haqqında heç bir məlumat yoxdur. Xəstəxanaya çatdırılan 313 nəfərdən isə 41-nin uşaq olduğu bildirilib.

Sel daşqınları nəticəsində 3 mindən çox evə zərər dəyib, minlərlə insan təhlükəsiz ərazilərə köçürülüb.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin çərşənbə günü imzaladığı qərarla İrkutsk bölgəsində fövqəladə vəziyyət elan edib.

Bütün xəbərlər Facebook səhifəmizdə