Kaliforniyada 6,4 bal gücündə zəlzələ baş verib

Kaliforniyada 6,4 bal gücündə zəlzələ baş verib

ABŞ-ın Kaliforniya ştatının cənubunda 6,4 bal gücündə zəlzələ baş verib. Bu barədə Avropa-Aralıq dənizi seysmoloji xidməti məlumat yayıb.

SİA “TASS” informasiya agentliyinə istinadən xəbər verir ki, zəlzələnin episentri Los-Anceles şəhərindən 195 kilometr şimalda, ocağı 9 kilometr dərinlikdə qeydə alınıb.

Kaliforniyanın Rickrest şəhərinin meri Peqqi Briden zəlzələdən sonra şəhərdə yanğınlar baş verdiyini bildirib. Bunun qaz kəmərinin zədələnməsi ilə bağlı olduğu güman edilir. Tələfat və dağıntılar haqqında əlavə məlumat daxil olmayıb. Rickrestin əhalisi təxminən 28 min nəfərdir.

“Los Angeles Times” qəzetinin yazdığına görə bu, 1994-cü ildən bəri Cənubi Kaliforniyada baş verən ən güclü zəlzələdir. O zaman zəlzələ kütləvi dağıntılara və onlarca insanın ölümünə səbəb olub.

Bütün xəbərlər Facebook səhifəmizdə