Gürcüstanda məmurlar arasında rüşvətxorluq artıb

Gürcüstanda məmurlar arasında rüşvətxorluq artıb

Gürcüstanda dövlət idarələrində məmurlar arasında rüşvətxorluq halları artıb. Bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatında bildirilir. Məlumatda deyilir ki, bu ilin yanvar-may aylarında ölkənin dövlət qurumlarında məmurlar tərəfindən 36 rüşvətalma faktı qeydə alınıb. Ötən ilin yanvar-may aylarında dövlət qurumlarında 23 rüşvətalma halı baş verib. İllik müqayisədə rüşvət hallarında 56,52 faiz artım qeydə alınıb.

Hesabat dövründə 127 məmur vəzifə səlahiyyətlərini aşıb, 38-i xidməti vəzifəsindən sui-istifadə edib. Vəzifə səhlənkarlığı ilə bağlı 28, xidməti saxtakarlıqla bağlı isə 14 fakt qeydə alınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə