Türkiyə Rusiyaya çağırış edib

Türkiyə Rusiyaya çağırış edib

Rusiya Suriya hökuməti qüvvələrinin addımlarını nəzarət altında saxlamalı və onların İdlibə hücumlarını dayandırmalıdır. SİA Türkiyə mətbuatına istinadla xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlut Çavuşoğlu açıqlayıb.

"Türkiyə ilə Rusiya arasındakı inam hər iki ölkə başçıları arasında müzakirə edilir. İdlib siyasi və humanitar baxımdan əhəmiyyətli bir mövzudur. İdlibə hücumlar dayandırılmalıdır. Rusiya Suriya rejimi qüvvələrini nəzarət altında saxlamalıdır", nazir deyib.

İyunun sonunda Suriyanın İdlib şəhərində Türkiyə ordusunun müşahidə məntəqəsinə hücum nəticəsində bir əsgər şəhid olub, üçü yaralanıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə