Minskdə bayram atəşfəşanlığı: 1 ölü, 10 yaralı - VİDEO

Minskdə bayram atəşfəşanlığı:  1 ölü, 10 yaralı - VİDEO

Belarusun paytaxtı Minskdə Müstəqillik günü münasibəti ilə təşkil olunan atəşfəşanlıq nəticəsində 10-a yaxın insan yaralanıb, bir qadın isə həlak olub. SİA xəbər verir ki, bu barədə Belarusun İstintaq Komitəsi məlumat yayıb. Bildirilib ki, hadisə zamanı yaxınlıqda yerləşən binlar və tikililərə ziyan dəyib.

Şahidlər bildiriblər ki, insanlar mərmilərin qəlpələrindən və evlərin sınan şüşələrinin qırıtılarından yaralanıblar. Belarusun Səhiyyə Nazirliyi 8 nəfərin xəstəxanaya yerləşdirildiyini açıqlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə