Yaponiyada leysan yağışlara görə təxliyə barədə göstəriş verilib

Yaponiyada leysan yağışlara görə təxliyə barədə göstəriş verilib

Yaponiyanın cənub-qərbində yerləşən Kaqoşima şəhərinin və digər yeddi bələdiyyənin bütün sakinləri leysan yağışlar nəticəsində yarana biləcək torpaq sürüşmələri ilə əlaqədar təxliyə barədə göstəriş alıblar.

SİA xəbər verir ki, bələdiyyələr ümumilikdə 530 min ailə təsərrüfatı üzrə 1 milyon 120 min sakinin təxliyəsi barədə sərəncam veriblər.

O cümlədən Kaqoşima prefekturasının digər əraziləri, həmçinin Kumamoto və Miyazaki prefekturalarının təqribən 404 min ev təsərrüfatı üzrə 868 min nəfərə təxliyə barədə tövsiyə göndərilib.

Təxliyə barədə həmin tövsiyələr müvafiq ərazilərin sakinlərinin bələdiyyə orqanları tərəfindən hazırlanan xüsusi yerlərə təxliyəsini nəzərdə tutur.

Bütün xəbərlər Facebook səhifəmizdə