Meksikada 22 nəfər naməlum şəxslər tərəfindən qaçırılıb

Meksikada 22 nəfər naməlum şəxslər tərəfindən qaçırılıb

Meksikanın kurort şəhəri olan Kankunda 22 nəfər naməlum şəxslər tərəfindən qaçırılıb.

SİA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Kintana-Roo ştatının ictimai təhlükəsizlik naziri Alberto Kapelya məlumat verib.

Bildirilir ki, həmin insanları telefon zənglərinin mübadiləsi mərkəzinin yerləşdiyi binadan qaçırıblar.

Baş vermiş hadisəyə ölkə prezidenti Anders Manuel Lopes Obrador da münasibət bildirib, ancaq o bu rəqəmin 27 olduğunu deyib. Prezidentin fikrincə, hadisəyə iki düşmən qrup arasında gedən münaqişə də səbəb ola bilər.

Bütün xəbərlər Facebook səhifəmizdə