İtaliyada Stomboli adasındakı eyni adlı yanar dağda üst-üstə partlamalar meydana gəlib.
SİA "sozcu.com.tr" saytına istinadən xəbər verir ki, yanar dağın üzərindəki duman kütləsi bir çox bölgələrdən görünüb. Partlayışlar nəticəsində dağa çıxan şəxslərdən biri ölüb, ikisi isə yaralanıb.
Yerli media sahil mühafizə birliklərinin adadan ayrılmaq istəyənləri evakuasiya etmək üçün səfərbər olunduqlarını yazıb. Həmçinin yanar dağdan aşağıdakı kənddə ən azı 100 turistin olduğu bildirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB