Qorbaçov: “Putinin 2012-ci il prezident seçkisində iştirak ehtimalı azdır”

Qorbaçov: “Putinin 2012-ci il prezident seçkisində iştirak ehtimalı azdır”

Britaniya televiziya kanalı "SkyNews"ə müsahibədə verən Mixail Sergey Qorbaçov Rusiyada 2012-ci ildə keçirilən prezident seçkisi ilə bağlı fikirlərini bildirib. SİA-nın məlumatına görə, keçmiş SSRİ-nın ilk və sonuncu prezidenti bildirib ki, baş nazir Vladimir Putinin bu seçkidə iştirak ehtimal azdır.

 

Qorbaçov qeyd edib ki, Putin hər halda 2018-ci ildə Kremlə qayıda və postunu indiki prezident Dmitri Medvedev ilə dəyişə bilər.

 

Qeyd edək ki, Rusiyanın baş naziri 2012-ci ildəki prezident seçkisində namizəd ola biləcəyini açıqlayıb. 2000-2008-ci illər arasında iki dəfə prezident seçilən Putinə ölkə konstitusiyası 2012-ci ildə yenidən seçkilərdə iştirak etməyə icazə verir. Rusiya hakimiyyətində Putinin Medvedevlə yaratdığı müvəffəqiyyətli ikilik ölkə əhalisinin böyük əksəriyyəti tərəfindən dəstəklənir. Levada Araşdırma Mərkəzinin apardığı anket sorğularına görə, 2012-ci il seçkisində Putinin şansları daha yüksəkdir. Sorğu iştirakçılarının 39 faizi Putinin, 36 faizi isə Medvedevin prezident seçiləcəyi qənaətindədir.

 

Ümumilikdə respondentlərin 66 faizi Putin və Medvedev ikiliyinin idarəçiliyinin davamına inanır. Medvedev bundan əvvəlki açıqlamalarında 2012-ci ildəki prezident seçkilərində iştirak edib-etməyəcəyi ilə bağlı konkret bir fikir səsləndirməyib. Lakin ekspertlər hazırkı prezidentin namizədliyini irəli sürə biləcəyini də istisna etmir. Rusiya Federasiyasının prezidenti 2012-ci ildə keçiriləcək prezident seçkisində baş nazir rəqib olmayacağını bildirib. 2012-ci ildəki prezident seçkilərində iştirak edib-etməyəcəyi ilə bağlı konkret bir fikir səsləndirməyib. Lakin ekspertlər hazırkı prezidentin namizədliyini irəli sürə biləcəyini də istisna etmirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə