Cənubi Koreya ilə Şimali Koreya arasında davam edən ikigünlük danışıqlar iflasa uğrayıb. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, iki ölkə arasında ortaq məxrəcin əldə olunmaması iki ölkə arasındakı gərginliyin aradan qalxmasına dair ümidlərə zərbə endirib. Cənubi Koreya Müdafiə Nazirliyi bəyan edib ki, şimalın nümayəndələri Pammuncom sərhəd qəsəbəsində aparılan danışıqları günorta tərk ediblər.
Rəsmilər danışıqların iflasa uğramasının səbəblərini göstərməyiblər. Lakin onlar Şimali Koreyanın cənubun yüksək səviyyəli danışıqları üçün irəli sürdüyü iki tələbi yerinə yetirməkdən imtina etdiyini deyiblər. Cənubi Koreya təkid edir ki, Şimali Koreya noyabrın 23-də Yeonpyeonq adasına hücuma görə üzr istəməlidir və cənubun Çeonan gəmisini batırdığına görə məsuliyyəti öz üzərində götürməlidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB