Cari ilin iyununda Polşada və Litvada suda boğulanların sayı 150 nəfərə çatıb.
SİA xəbər verir ki, buna səbəb indiyədək görünməmiş isti hava şəraiti, həmçinin diqqətsizlik və ifrat alkoqol qəbulu olub. Polşanın Təhlükəsizlik üzrə Dövlət Mərkəzinin mətbuat xidmətinin iyulun 1-nə olan məlumatında bildirilir ki, iyunda bu ölkədə suda boğulan 113 nəfərdən 10-u ayın sonuncu günündə həyatını itirib.
Litvada isə son 1 ayda 37 nəfər suda boğulub. Bu göstərici Litva üçün ən yüksək həddir.
İyunda Polşada 38,2 dərəcə isti qeydə alınıb ki, bu, ölkə tarixində rekord göstərici olub. Litvada isə bu rəqəm +35,7 dərəcə təşkil edib. Nəticədə bəzi regionlarda məktəblərdə erkən tətillər başlanıb, kənd təsərrüfatı məhsulları isə yanaraq məhv olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB