Türkiyədə saxta içkidən zəhərlənmə kütləvi ölümə səbəb olub

Türkiyədə saxta içkidən zəhərlənmə kütləvi ölümə səbəb olub

Türkiyənin Mersin şəhərində saxta spirtli içkidən kütləvi zəhərlənmə qeydə alınıb.

SİA “sozcu.com.tr” saytına istinadən xəbər verir ki, xəstəxanalara yerləşdirilən şəxslərdən 5 nəfəri həyatını itirib. Daha 14 nəfərin müalicəsi davam etdirilir. Onlardan dördünün vəziyyəti ağırdır. Hələlik hadisə ilə bağlı rəsmi açıqlama verilməyib.

Faktla bağlı cinayət işi açılıb. Dörd nəfərin həbs olunduğu bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə