Hindistanda avtobus dərəyə aşıb 35 nəfər ölüb

Hindistanda avtobus dərəyə aşıb 35 nəfər ölüb

Hindistanda avtobus dağ yolundan çıxaraq dərəyə düşüb. Bu barədə "Associated Press" xəbər verir. SİA RT-yə istinadən xəbər verir ki, qəza nəticəsində 35 nəfər həlak olub, 17 nəfər yaralanıb.

Xilasedicilər xəsarət alanları xəstəxanaya çatdırıblar. Həkimlərin fikrincə, onların çoxunun vəziyyəti ağırdır.

Hazırda istintaq aparılır, qəzanın səbəbləri müəyyənləşdirilir.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə