İran nüvə razılaşmasının şərtlərini pozub

İran nüvə razılaşmasının şərtlərini pozub

İran zənginləşdirilmiş uran ehtiyatlarının (3,67%-ə qədər) miqdarını 300 kiloqramdan artıq edib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Atom Energetikası üzrə Beynəlxalq Agentliyin məlumatında deyilir.

May ayından etibarən İran nüvə razılaşması ilə bağlı öhdəliklərinin bir qismini icra etməyəcəyini açıqlamışdı. Buna səbəb kimi ABŞ sanksiyaları fonunda razılaşmanın digər tərəfdaşlarının İrana dəymiş zərəri kompensasiya etməkdən boyun qaçırması göstərilirdi.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə