Ərəb şirkəti qazax xalqından üzr istəyib

Ərəb şirkəti qazax xalqından üzr istəyib

Qazaxıstanın Atırau vilayətinin Tenqiz qəsəbəsində iğtişaşlara səbəb olan "Consolidated Contracting Engineering & Procurement S.A.L. Offshore" (CСЕР) adlı ərəb şirkətinin rəhbəri qazax xalqından üzr istəyib. SİA Qazaxıstan KİV-nə istinadla xəbər verir ki, şirkətin baş direktoru Kauaş Hişam Tenqiz fəhlə qəsəbəsinə gələrək livanlı əməkdaşının nalayiq hərəkətinə görə qazaxlardan üzr istəyib. O, Livan vətəndaşının qazax qızı ilə sosial şəbəkələrdə yayılmış fotoşəkilini rəhbərlik etdiyi şirkətin dəyərlərinə və prinsiplərinə ziddir. Şirkətin baş direktoru iğtişaşların səbəbkarının işdən çıxarıldığını da qeyd edib.

Qəsəbə rəhbərliyi məlumat verib ki, iyunun 29-da başlamış iğtişaşlar artıq səngiyib və onların nəticəsində 45 nəfər xəsarət alıb.

Bütün xəbərlər Facebook səhifəmizdə