Kabildə güclü partlayış baş verib - 34 ölü, 68 yaralı

Kabildə güclü partlayış baş verib - 34 ölü, 68 yaralı

Əfqanıstanın paytaxtı Kabildə güclü partlayış baş verib. SİA-nın məlumatına görə, partlayış paytaxtın diplomatik nümayəndəlik və səfirliklər yerləşən məhəlləsində qeydə alınıb. Milli Müdafiə Nazirliyinin də həmin ərazidə yerləşdiyi qeyd edilir.

Məlumata görə, hadisə nəticəsində azı 34 nəfər həlak olub. Daha 68 nəfərin xəsarət aldığı bildirilir. Yaralılar xəstəxanaya yerləşdirilib.

Hadisə yeri təhlükəsizlik və polis qüvvələri tərəfindən mühasirəyə alınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə