Əfqanıstanda partlayış nəticəsində MSK-nın 8 əməkdaşı həlak olub

Taliban silahlıları tərəfindən Əfqanıstanın Maruf royon mərkəzində törədilən ardıcıl partlayışlar nəticəsində 11 nəfər həlak olub, 27 nəfər isə yaralanıb.

SİA Türkiyənin "sozcu.com.tr" saytına istinadən xəbər verir ki, bu barədə Qəndəhar Təhlükəsizlik Xidmətinin rəhbəri Tədin Xan məlumat verib.

Yaralananların Təhlükəsizlik Xidmətinin əməkdaşları olduğu bildirilib.

Əfqanıstan Mərkəzi Seçki Komissiyasının Qəndəhar dairə başçısı Haşim Durani isə açıqlama verib ki, ölənlərdən 8 nəfəri onun rəhbərlik etdiyi qurumun işçiləri olub.

Tərəflər arasında atışmada 21 Taliban yaraqlısı öldürülüb.

Taliban qruplaşmasının açıqlamasına görə isə hücum zamanı 57 hərbçi ölüb.

Bütün xəbərlər Facebook səhifəmizdə