Tbilisidə müxalifət “Azadlıq yürüşü” keçirib

Tbilisidə müxalifət “Azadlıq yürüşü” keçirib

İyunun 29-da Tbilisidə müxalifət “Azadlıq yürüşü” keçirib.

SİA xəbər verir ki, Tbilisi Filarmoniyasının qarşısından və Birinci Azadlıq Meydanından başlayan yürüş Azadlıq Meydanında başa çatıb.

Yürüşdə əsas tələb Daxili İşlər naziri Giorgi Qaxarianın istefası olub. Sonra yürüş iştirakçıları parlamentin binası önündə toplaşıblar. Burada keçirilən mitinqdə iştirakçılar daxili işlər naziri Giorgi Qaxariyanın istefasını, iyunun 20-21-də baş verən hadisələrə görə məsuliyyəti üzərinə götürməsini tələb edirlər.

Mitinqə müxalif "Vahid Milli Hərəkat" və "Avropalı Gürcüstan" partiyasının liderləri də qoşulub.

Bütün xəbərlər Facebook səhifəmizdə