Arazın o tayında Azərbaycan zəvvarlarını daşıyan avtobus yanıb.
SİA xəbər verir ki, hadisə bu gün yerli vaxtla saat 17:00 radələrində Ərdəbil əyalətinin Sərçəm magistral yolunda 12-ci tuneldə baş verib.
Azərbaycandan Məşhəd və Qum şəhərlərinin müqəddəs dini məkanlarına zəvvar aparan avtobusda yanğının baş verməsi səbəbi açıqlanmayıb. Ərdəbil əyalətinin Təcili Tibbi Yardım Stansiyasının rəhbəri Məcid Məhəmməd Qəribani bildirib ki, yanğın zamanı sərnişinlərdən heç biri xəsarət almayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB