Fransanın cənubunda Qallarq-le-Montyue şəhərində (Qar departamenti) havanın temperaturu cümə günü 45,9° isti olub. Bu barədə ölkənin meteoroloji xidməti məlumat yayıb.
SİA TASS informasiya agentliyinə istinadən xəbər verir ki, bu rəqəm sutka ərzində temperaturda üçüncü maksimum göstəricidir. Bundan əvvəl “France Press” agentliyi Vilvyey şəhərində 45,1° isti olduğunu yazıb, daha öncə isə Karpantra şəhərində temperaturun 44,3° isti olduğu bildirilib. Bu cür istilər 2003-cü il avqustun 12-də elə Fransanın cənubunda qeydə alınıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB