Aİ ölkələrinin Gürcüstandakı səfirləri xüsusi bəyanat yayıblar

Aİ ölkələrinin Gürcüstandakı səfirləri xüsusi bəyanat yayıblar

Avropa İttifaqına (Aİ) üzv ölkələrin Gürcüstandakı səfirləri ölkədə baş verən son hadisələrlə bağlı xüsusi bəyanat yayıblar. “Report”un Gürcüstan bürosu xəbər verir ki, səfirlər tərəfləri dialoq və kompromisə çağırıblar.

“İyunun 20-də Tbilisidə aksiya zamanı həddindən artıq gücün mümkün tətbiqi və polisin reaksiyasına səbəb olan zorakılıq hərəkətlərinə təhrikçiliklə bağlı şəffaf, tez və effektiv araşdırma aparılmalıdır. Bu prosesdə ombudsmanın iştirakı çox mühüm əhəmiyyətə malikdir”, - bəyanatda bildirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə