Türkiyə hərbçisi Suriya ərazisində şəhid olub

Türkiyə hərbçisi Suriya ərazisində şəhid olub

Türkiyə Silahlı Qüvvələrinin (TSQ) Suriya ərazisində anti-terror əməliyyatı həyata keçirən bölüyü hücuma məruz qalıb.

SİA xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin “Twitter”dəki səhifəsində məlumat verilib.

Məlumata əsasən, TSQ-nın İdlibdəki 10 saylı müşahidə məntəqəsi Suriya hakimiyyətinin nəzarət etdiyi bölgələrdən top atəşinə tutulub.

Yerli KİV-lərin məlumatına görə, atəş nəticəsində Türkiyə ordusunun bir hərbçisi şəhid olub, üçü isə xəsarət alıb.

Bütün xəbərlər Facebook səhifəmizdə