Konqo Demokratik Respublikasının cənubunda yerləşən Lualaba əyalətində mədənin çökməsi nəticəsində, ilkin məlumata görə, azı 36 qeyri-leqal şaxtaçı həlak olub.
Bu barədə Actualite portalı yerli hakimiyyət orqanlarına istinadla məlumat yayıb. “Həmin karxanaya qeyri-qanuni gedişin qadağan olunmasına baxmayaraq, qazmaçılar bu çağırışlara məhəl qoymurlar” – deyə əyalət qubernatoru portala bildirib. Onun sözlərinə görə, baş vermiş insidentdən sonra şaxtanın məxsus olduğu dağ-mədən kompaniyası bağlana bilər və bu, əyalətin iqtisadiyyatına təsir göstərəcək.
Çökmüş mədənin dağıntıları altında həlak olmuş digər insanların cəsədlərinin qala biləcəyi istisna edilmir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB