Litvada 8 ingilis əsgəri həbs olunub

Litvada 8 ingilis əsgəri həbs olunub

Böyük Britaniyadan olan səkkiz hərbçi Litvanın dəniz kurortlarının birində sərxoş halda xuliqanlıq etdiklərinə görə həbs olunub. Həbs olunanların yaşı 20-dən çox deyil. Onların hansı polka aid olduqları barədə məlumat verilmir. Hazırda yerli polis hadisəni araşdırır. Litvanın Müdafiə Nazirliyi də məsələni ciddi nəzarətdə saxlayır.

Böyük Britaniya tərəfi hadisədən ciddi narahatlğını ifadə edib. Araşdırma davam etdiyi üçün təfərrüatlar açıqlanmır.

Bütün xəbərlər Facebook səhifəmizdə